XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 17:45

CNBC telekanalı:"Gələn il ABŞ prezidenti impiçmentlə üzləşə bilər"

2019-cu ildə ABŞ prezidenti Donald Trampı impiçment prosesi gözləyə bilər.

Strateq.az xəbər verir ki, bu haqda CNBC telekanalı amerikalı ekspertlərə istinadən məlumat yayıb.

İnvestorlar və biznesmenlər 2019-cu ilin risklərinə hazırlaşır. Bu risklərə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırması, ABŞ və Çin arasında ticarət müharibəsi ehtimalları daxildir. Habelə qarşıdakı ilin ən vacib risklərindən biri də Ağ Ev rəhbəri Donald Trampın impiçmentinin mümkünlüyüdür.

“İmpiçment prosesi Vaşinqtonda hökumətin fəaliyyətini iflic edə bilər, çünki prezidentin başı bu prosesə qarışacaq və başqa şeylər barədə düşünə bilməyəcək. Bu, 2019-cu il üçün böyük riskdir”, – deyə Amerika Ticarət Palatasının Sinqapur ofisinin nümayəndəsi Stiv Okun bildirib.

Yanvar ayından demokratlardan ibarət çoxluq nümayəndələr palatasına nəzarət edəcək. Onlar istənilən şəxsə, o cümlədən ABŞ prezidentinə qarşı ittiham irəli sürə bilərlər. Bu isə öz növbəsində impiçmentlə nəticələnə bilər. Məsələyə sonradan Senatda baxılmalıdır.