XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 09:09

Tramp Almaniyadakı ABŞ hərbi bazasında mühüm bəyanat verdi:"Amerikanın qlobal polis rolu başa çatıb"

Prezident Donald Tramp İraqa qəfil səfərdən sonra Almaniyadakı ABŞ hərbi bazasına baş çəkib.

O, Almaniyadakı Ramstein Hava Qüvvələri Bazasında hərbçilər üçün üstündə “Make America Great Again” yazılmış qırmızı beysbol kepkalarını imzalayıb, əsgərlərlə şelfi çəkdirib.

İraqdakı Əl-Əsəd bazasında isə o, qonşu Suriyadan 2 min hərbçini çıxarmaq qərarını müdafiə edib, deyib ki, İslam Dövləti (İŞİD) qruplaşması demək olar məğlub edilib və hər hansı şəkildə baş qaldırarlarsa, İraqdakı ABŞ əsgərləri onların öhdəsindən gələ bilər.

Heç bir ölkənin bizim ordunun onları qoruması üçün istifadə etməsinə imkan vermək istəmirik. Buna görə ödəniş etmirlər, etməli olacaqlar”, – Tramp Birləşmiş Ştatların qlobal polis rolunun başa çatdığını elan edərkən söyləyib.

Bütün dünyaya yayılmışıq. Çox adamın eşitmədiyi ölkələrdə mövcuduq. Səmimi desəm, gülünc səslənir”, – o vurğulayıb.

Suriyadakı ABŞ əsgərləri İŞİD-ə qarşı savaşan kürd yaraqlılarına yardım edirdi. Tramp səfəri zamanı İraq rəhbərliyi ilə də görüşməliydi, amma onun necə keçirilməsi barədə razılıq olmadığından görüş təxirə salınıb.

ABŞ Dövlət Departamenti bildirib ki, görüşü telefon söhbəti əvəzləyəcək.

(Azadlıq radiosu)