XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2018 - 10:48

CNN telekanalı:"Tramp yenə yalan danışır, orduda maaşlar hər il artır"

ABŞ Prezidenti Donald Trump İraqdakı əsgərlərə deyib ki, son 10 ildən də artıq bir müddətdə ilk dəfə olaraq onların maaşını qaldırıb. CNN telekanalı prezidentin bu saxta bəyanatı artıq neçənci dəfədir səsləndirdiyini bildirir.

Siz bizi qoruyursunuz. Biz də həmişə sizi qoruyacağıq. İndiyədək ən böyük maaş artımını aldınız, 10 ildən çox idi bu baş vermirdi”, – Tramp İraqdakı Əl – Əsəd Hava Bazasında deyib.

CNN yazır ki, faktiki olaraq, orduda maaş 30 ildən çoxdur hər il artır. 2018-ci ildə 2,4% artıb, gələn il üçün 2,6% artım nəzərdə tutulub. 2,6% son 9 ilin ən böyük artımıdır.

Bu artım az da ola bilərdi. 3% də edə bilərdik, 2% də, 4% də. Mən dedim ki, xeyir, bunu 10% edin, 10%-dən də artıq edin. Çünki uzun zaman idi, 10 ildən çox vaxt keçmişdi, bu, uzun bir vaxtdır”, – CNN Trampın bu saxta iddianı dəfələrlə səsləndirdiyini qeyd edir. (azadliq.org)