XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 11:35

Aksiyalarda Fransaya dəyən zərər açıqlandı –2 milyard avro

Noyabrın 17-dən başlayaraq Fransada keçirilən “sarı jiletlilər” aksiyası ölkə iqtisadiyyatına ciddi ziyan vurub.

Strateq.az Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, etirazlar daha çox özəl şirkətlərə mənfi təsir edib, nəticədə 43 mindən çox insan işsiz qalıb.

Etiraz aksiyaları səbəbindən ticarət mərkəzləri, kiçik və orta sahibkarlar iqtisadi böhranla üzləşiblər. Ölkədə alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. 280-dən çox ticarət mərkəzi 2 milyard avro ziyanla üzləşib.

Qeyd edək ki, indiyədək “sarı jiletlilər”in aksiyalarında 10 nəfər həlak olub, mindən çox insan xəsarət alıb, 4500 nümayişçi isə saxlanılıb.