XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 13:34

ABŞ-ın İraqdakı səfirliyi hücuma məruz qalıb –Mühafizəçilər xəbərdarlıq atəşi ilə cavab veriblər

Bağdadın “yaşıl bölgəsi”ndə ABŞ səfirliyinin yaxınlığında bir neçə minaatan mərmisi partladılıb.

Rəsmi idarələrdə çalışanların sözlərinə görə, səfirliyin mühafizəçiləri də xəbərdarlıq atəşi açıblar.

Bu saatadək səfirlikdən həmin hadisəyə dair hər hansı şərh verilməyib.

Xatırladaq ki, bundan az əvvəl ABŞ Prezidenti Donald Tramp İraqa səfər edərək, bu ölkədə yerləşdirilən amerikalı hərbçilərlə görüşüb. Görüş zamanı dövlət başçısı İraqdan ordu hissələrini çıxartmaq niyyətində olmadıqlarını diqqətə çatdırmışdı/Report.