XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2018 - 14:43

Məmur ölkədən qaçarkən pulları unutdu –“Qazprom Promqaz” şirkətinin keçmiş rəhbəri axtarışa verilib

Rusiyanın “Qazprom Promqaz” şirkətinin keçmiş rəhbəri Aleksandr Karaseviç beynəlxalq axtarışa verilib. Bu barədə qərarı Rusiya İstintaq Komitəsi çıxarıb.

İstintaqın gəldiyi qənaətə görə, Karaseviç regionların qazlaşdırılması layihəsini həyata keçirən zaman 2 milyard rubl (təxminən 30 milyon dollar) vəsaiti mənimsəyib. Nəticədə, nə regionlarda qaz, nə də ölkədə Aleksandr Karaseviç var.

Maraqlıdır ki, xaricə qaçmış keçmiş məmurun evində kisələrə doldurulmuş 3 milyon avro tapılıb. Karaseviçin Rusiyadan qaçarkən bu pulları unutduğu güman edilir.