XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 15:05

İsraildə hakimiyyət böhranı: parlament buraxıldı –Netanyahuya qarşı korrupsiya ittihamları dərinləşir

İsraildə yeni siyasi böhran yaranıb. “Reuters” yazır ki, buna görə, 2019-cu il aprelin 9-da ölkədə vaxtından əvvəl parlament seçkisi təyin edilib.

Parlamentin buraxılmasına səbəb, orduya çağırış barədə yeni qanun layihəsinə görə yaranmış siyası böhran olub. Yeni qanun layihəsində, qatı-ortodoks yəhudilərin orduya çağırılmaması barədə bəndin ləğvi nəzərdə tutulur.

Amma bir çox ölkə sakinləri hesab edirlər ki, baş nazir Benyamin Netanyahu bununla məhkəmədən yayınmağa çalışır. Belə ki, baş nazir hazırda 3 korrupsiya işi ilə bağlı yeni qalmaqalla üzləşib.

Amma Netanyahu deyir ki, heç bir qanun pozuntusuna yol verməyib. Yaxın bir neçə həftə ərzində ona qarşı rəsmi ittihamlar irəli sürülməlidir. Amma bəziləri hesab edirlər ki, baş prokuror, məhkəmə prosesinin seçkinin gedişinə təsir etməməsi üçün, buna tələsməyəcək.

Düzdür Ədliyyə nazirliyi artıq bəyan edib ki, ölkədəki siyasi hadisələrdən aslı olmayaraq istintaq davam edəcək.

Son rəy sorğularına görə Netanyahunun “Likud” partiyası növbəti seçkidə 120 yerlik parlamentdə cəmi 32 mandat qazana bilər.

(Azadlıq radiosu)