XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 19:03

Mariya Zaxarova:“ABŞ-ın çıxdığı ərazilərdə Suriya hökumətinin nəzarəti ələ alması vacibdir”

“ABŞ-ın çıxdığı ərazilərdə Suriya hökumətinin nəzarəti ələ alması vacibdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Onun fikrincə, beynəlxalq hüquq çərçivəsində Suriyanın şərqində ABŞ əsgərlərinin yerləşdiyi ərazilərin Suriya hökumətinə təhvil verilməsi lazımdır.

ABŞ-ın Suriyadan çıxması planlarının detallarını Moskvanın bilmədiyini xatırladan XİN rəsmisi əlavə edib ki, ABŞ-ın bu əraziləri tərk etməsi Suriyada sülhün əldə edilməsinə müsbət təsir göstərəcək.

XİN rəsmisi Türkiyənin Fəratın şərqində hərbi əməliyyat keçirmək istəkləri haqqında da danışıb:

“Rusiya və Türkiyə Suriyadakı fəaliyyətini koordinasiya edir. Bu əməkdaşlığa terrorla mübarizə, hərbi əməliyyatlar da daxildir”.

Teleqraf.com