XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 23:27

Ərdoğan dünyaya mesaj verdi:"Kimsə bizi dayandıra bilməz, hər kəs cavabını alacaq"

erdoqan-55

Türkiyə prezidenti R.T.Ərdoğan bölgədə gedən proseslərə və ölkəsində baş verən terror hadisələrinə sakit qalmayacaqlarını növbəti dəfə bəyan edib.

Strateq.az xəbər verir ki, canlı yayımda çıxış edən Ərdoğan Türkiyənin sərhədləri daxilində və xaricində baş verən hadisələri cavabsız buraxmayacaqlarını deyib:

"Bu, Türkiyənin qanuni müdafiə haqqıdır. Kimsə bizdən sakit duracağımızı, YPG, PKK, Əsəd və bu qüvvələri himayə edənlərin hərəkətlərinə dözəcəyimizi gözləməsin. Türkiyənin müdafiə haqqını kimsə əngəlləyə bilməz. Gərəkən ən sərt adddımlar atılacaq. Ürəyimizi ağrıdan terrorla bizi yolumuzdan döndərə bilməyəcəklər. Acımızı ürəyimzdə daşıyacağıq. Ancaq bunları cavabsız da buraxmayacağıq. Hər kəs ən sərt cavabını alacaqdır". 

Ərdoğan çıxışında dolayısı ilə Rusiya, Avropa və ABŞ-a da meydan oxuyub, onların Türkiyəni dayandırmaq gücündə olmadığını da bəyan edib. Eyni zamanda, bu ölkələrdən terrorla Türkiyə arasında seçim etmələrini tələb edib.