XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 11:54

Obama ABŞ-da “İlin kişisi” seçilib –Mişel Obama isə “İlin qadını” oldu

Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu “Gallup” ictimai rəyin öyrənilməsi institutunun keçirdiyi sorğu nəticəsində Mişel Obama ABŞ-da “İlin qadını”, Barak Obama isə “İlin kişisi” seçiliblər.

CNN  xəbər verir ki, Mişel Obama 17 il ard-arda bu ada layiq görülən keçmiş dövlət katibi Hillari Klintonu geridə qoya bilib. Rəy sorğusunda ikinci yeri teleaparıcı və aktrisa Opra Uinfri, sonrakı yerləri Hillari Klinton, ABŞ-ın birinci xanımı Melanya Tramp və Kraliça Yelizaveta tutublar. Böyük Britaniya kraliçası 50 ildir ki, “Gallup”ın rəy sorğusunda ilk onluqda yer alır.

“İlin kişisi” adına isə ABŞ-ın 44-cü Prezidenti Barak Obama layiq görülüb. “Gallup” institutunun siyahısında sonrakı yerləri ABŞ Prezidenti Donald Tramp, sabiq Prezident Corc Buş (oğul), Roma Papası Fransisk və milyarder Bill Qeyts tutublar.

“Gallup” 1946-cı ildən bəri ABŞ-da “İlin qadını” və “İlin kişisi”ni müəyyən etmək üçün rəy sorğusu keçirir. Hazırkı rəy sorğusu dekabrın 3-dən 12-dək ölkənin bütün ştatlarında aparılıb.