XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 13:46

Putinin məxfi agenti olmuş alman investoru işdən getdi –Rusiyanın alminium nəhəngi ABŞ-ın tələbini yerinə yetirdi

Jan Pyer Tomas Rusiyanın alüminium nəhəngi olan “Rusal” şirkətin yeni sədri seçilib.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, bu, ABŞ sanksiyalarının qaldırılması əvəzində gerçəkləşdirilən restrukturizasiya addımı kimi atılıb. Hazırda şirkətin müstəqil qeyri-icraçı direktoru olan Tomas dekabrın 28-də sədr seçilib və qərar yanvarın 1-dən qüvvəyə minəcək.

Əvvəlki sədr Mattias Varnig dekabrın 26-da istefa verib. O, “Rusal”a 6 il sədrlik edib. Varnigin istefası ABŞ rəsmiləri ilə əldə olunmuş razılaşmanın bir şərti idi. İnvestisiya bankiri Varnig keçmiş Şərqi Almaniya gizli agenti olub. Rusiya Prezidenti Vladimir Putini 1990-cı illərdən tanıyır.

61 yaşlı Tomas isə yanvarın 28-dən “Rusal”ın müstəqil qeyri-icraçı direktorudur. O, 15 il Fransanın “Lazard Bankı”nın əsas tərəfdaşı kimi çalışıb. Onun Fransayla Rusiya arasında iqtisadi əməkdaşlığı hədəfləyən bir sıra layihələrdə təcrübəsi olduğu bildirilir. Bu sahədə Fransa prezidentinin xüsusi elçisi kimi də çalışıb.

ABŞ Xəzinədarlığı ilkin olaraq apreldə rusiyalı maqnat Oleg Deripaska və onun böyük səhmdar olduğu bir neçə şirkətə sanksiya tətbiq etmişdi. Birləşmiş Ştatlar səbəb kimi Rusiyanın “ziyanlı fəaliyyəti”ni, eləcə də Deripaskanın keçmiş cinayətlərinə dair iddiaları əsas gətirirdi.

Sanksiyalar qlobal səhm və alüminium bazarlarında çaxnaşma yaradıb, Rusalın səhmləri ucuzlaşıb, dünyanın ikinci alüminium istehsalçısı olan bu şirkətin bağlanacağı qorxusu yaranıb. Belə bir məqamda ABŞ-ın maliyyə naziri Stiv Mnuçin deyib ki, Vaşinqtonun niyyəti şirkəti dağıtmaq, onun Rusiyada və dünyanın müxtəlif yerlərində yaratdığı minlərlə iş yerini bağlatmaq deyil. Xəzinədarlıq şərt qoydu ki, Deripaskanın nəzarət səhmlərinin miqyası azaldılarsa, sanksiyalar qaldırıla bilər. O vaxtdan şirkətdə restrukturizasiya aparılır.