XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 18:55

London – Moskva arasında razılaşma –Ölkədən qovulmuş diplomatlar geri qayıdacaq

Rusiyanın Britaniyadakı səfiri deyib ki, iki ölkə onlarca diplomatın tədricən öz iş yerlərinə qaytımaları barədə razılaşma əldə edib. Britaniya Solsberi şəhərində keçmiş casus və onun qızının “Noviçok” maddəsi ilə zəhərlənməsindən sonra Britaniyadakı Rusiya səfirlyinin onlarca diplomatını ölkədən çıxarmışdı.

Səfir Aleksandr Yakovenko dekabrın 28-də “Rossia-24” telekanalına deyib ki, London və Moskvadakı diplomatik missiyaların heyət bərpasına yanvar ayından balşanacaq:

“Mən bu razılaşmanın bütün heyəti əhatə edəcəyindən əmin deyiləm, lakin səfirlik heyətinin ən azı yarısının işə qayıdacağını düşünürəm”.

İki ölkə arasında münasibətlər ötən mart ayında İngiltərənin Solsberi şəhərində keçmiş casus Sergey Skripal və qızı Yulya kimyəvi maddə ilə zəhərləndikdən sonra pisləşib. London onların zəhərlənməsinə görə Moskvanı ittiham edir.

Britaniya mart hadisəsindən sonra Rusiyanın 28 diplomatını ölkədən xaric etmişdi. Rusiya da eyni sayda Britaniya diplomatını ölkədən çxıarmış və Sankt Peterburq şəhərindəki Britaniya konsulluğunun bağlanmasını elan etmişdi.

Skripallar sovet zəmanəsində hazırlanmış “Noviçok” maddəsi ilə zəhərlənmədən sağ qalıblar.

Lakin eyni maddə ilə tamasda olan iki başqa Britaniya vətəndaşından biri – Daun Sturgess vəfat edib.

(Azadlıq radiosu)