XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 20:41

Pakistanın keçmiş prezidenti məhkəmə qarşısında –Qara pulları yumaqda şübhəli bilinir

Mərhum Bənazir Bhuttonun həyat yoldaşı, Pakistanın 11-ci prezidenti Asif Əli Zərdari (2008-2013) yerli məhkəmə qarşısında ifadə vermək zorunda qalıb. Pakistan məhkəməsi onu və daha bir neçə nəfəri qara pulları yumaq ittihamı ilə sorğu-suala tutub. Keçmiş prezidentin ölkədən çıxmasına məhkəmə tərəfindən rəsmən qadağa qoyulub.

Hazırda Asif Əli Zərdari parlamentin üzvüdür. Onun bacısı Faryal Tarpul və oğlu Bilaval Bhutto Zardari də eyni ittihamla şübhəli bilinir. Qeyd edək ki, Bilaval Bhutto Zardari həm də müxalif Pakistan Xalq Partiyasının rəhbəridir.

Pakistanda keçirilən mitinqdə çıxış edən Asif Əli Zərdari bəyan edib ki, onun qara pulların yuyulması ilə heç bir əlaqəsi yoxdur. Ona məxsus saxta bank hesablarının olması da yalan söhbətdir: “Əminəm ki, məhkəmədə günahsız olduğumu sübut edəcəm. Üstümə atılmış böhtanları birdəfəlik aradan qaldıracam”.