Böyük Britaniyanın Leyboristlər partiyasının lideri Ceremi Korbin deputatlara çağırış edib.
Çağırışın məqsədi “Brexit”lə bağlı səsvermə keçirilməsinə başlamaqdır. O, Baş nazir Tereza Meydən parlament üzvlərinin Milad tətilindən geri çağırılması və səsvermə keçirilməsi barədə xahiş edib.
Baş nazir isə deputatların yanvarın 7-dən işə başlayacağını və səsvermənin bir həftə sonra keçiriləcəyini bildirib.