XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2018 - 11:48

Rusiya neft hasilatını azaltmağı planlaşdırır- 2022-ci ildən

Rusiyanın 2035-ci ilə qədər olan mineral-xammal bazasının inkişaf strategiyası 2022-ci ildən etibarən neft hasilatında azalmanı nəzərdə tutur.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə 2035-ci ilə qədər Rusiya Federasiyasının mineral-xammal bazasının inkişaf strategiyası sənədində qeyd olunur.

Sənədə əsasən, Rusiyada neft hasilatı 2020-2021-ci illərdə 562 milyon ton səviyyəsində pik nöqtəyə çatacaq. Eyni zamanda, 2018-ci ildə neft hasilatının 549 milyon tona, 2019-cu ildə isə 557 milyon tonadək artacağı gözlənilir.

Lakin 2022-ci ildə Rusiyada neft hasilatının 562 milyon tondan 560 milyona qədər azalacağı proqnozlaşdırılır. 2023-cü ildə neft hasilatının 558 milyon ton, 2024-cü ildə isə 557 milyon ton səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak 2018-ci ildə Rusiyada neft hasilatının 556 milyon ton olacağını və 2019-cu ildə də bu səviyyənin saxlanılmasının mümkünlüyünü bildirib.