XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2018 - 14:27

Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü olacaq- Sammitin vaxtı açıqlandı

Yanvarın əvvəlində Rusiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun rusiyalı həmkarı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Bildirilib ki, görüş Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə Astana danışıqları formatında keçirilir.

M. Boqdanovun sözlərinə görə, sammitin yanvarın birinci həftəsində, prezidentlərin iş cədvəlindən asılı olaraq, keçiriləcəyi nəzərədə tutulub.

Qeyd edək ki, bu formatda sonuncu görüş 2018-ci il sentyabrın 7-də keçirilib.