XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2018 - 19:29

Binəli Yıldırımın İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb- Ərdoğan açıqladı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul şəhərində keçirilən ümumrespublika toplantısında məlumat verib.

Dövlət başçısı rəhbərlik etdiyi partiyanın İstanbulun digər rayonları üzrə namizədlərinin adlarını açıqlayıb. AKP şəhər üzrə 3 rayonda Milliyyətçi Hərəkat Partiyasının xeyrinə öz üzvünün namizədliyini irəli sürməyib.

Qeyd edək ki, bu məsələ son iki ayda Türkiyə ictimaiyyətində ən çox müzakirə olunan məsələlər sırasında yer alıb. İndi ictimaiyyəti düşündürən məsələ budur ki, Binəli Yıldırım gələn il martın 31-də keçiriləcək seçkilərdə iştirak etmək üçün TBMM sədrliyindən istefa verəcəkmi? Ədalət və İnkişaf Partiyası ilə “Cümhur İttifaqı”nda birləşən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı dekabrın əvvəllərində açıqlamasında qeyd etmişdi ki, MHP Binəli Yıldırımın namizədliyini dəstəkləyir və onun parlament sədrliyindən istefasına ehtiyac yoxdur.