XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2018 - 19:05

Böyük Britaniyanın kəşfiyyat gəmisi Batumi limanına daxil olub- İki gün orada qalacaq

Böyük Britanıyanın Hərbi Dəniz Qüvvələrinə məxsus “Exo” kəşfiyyat gəmisi dekabrın 29-da Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisindəki Batumi limanına daxil olub.

AZƏRTAC xəbər verir ki, gəmi limanda iki gün qalacaq. Böyük Britaniyanın Gürcüstandakı səfirliyindən bildirilib ki, “Exo” gəmisinin Batumi limanına daxil olması Krallığın Qara dənizdə təhlükəsizliyə dəstək verməsi məqsədi daşıyır. Bu, həm də, iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində uğurlu əməkdaşlığının göstəricisidir.

Məlumat üçün qeyd edək ki, bundan bir qədər əvvəl NATO Qara dənizdə Gürcüstan ilə əməkdaşlığı gücləndirəcəyi barədə məlumat yaymışdı.