XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2018 - 20:04

Rusiyada ağır yol qəzası baş verib- Ölənlər və yaralananlar var

Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsində 5 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 5 avtomobilin toqquşması nəticəsində 6 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, qəza avtobus, iki benzin daşıyan maşın, “Qazel” və “Niva” avtomobillərinin iştirakı ilə baş verib.

İnsidenti Yuqranın qubernatoru Natalya Kamarova öz nəzarəti altına götürüb.