XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2018 - 19:39

Merkel Ərdoğana zəng vurdu –Suriya məsələsində təmkinli olmağa çağırıb

merkel-erdoqan-1.jpgAlmaniya kansleri Angela Merkel bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti edib. Danışıqlar zamanı Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsiMartina Fits deyib.

“Kansler Türkiyənin, xüsusilə Suriya qaçqınlarının qəbulu məsələsində rolunu qeyd edib və ümid etdiyini bildirib ki, Türkiyə Amerika qoşunlarının Suriyadan çıxarılmasına təmkinini qoruyaraq və məsuliyyət dərk edərək reaksiya verəcək”, – deyə o bildirib.

Merkel həmçinin qeyd edib ki, İŞİD terror təşkilatı hələ də, əhəmiyyətli dərəcədə təhlükəlidir.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Suriyadakı vəziyyət müzakirə olunub.