XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2018 - 00:15

Əfqanıstanda prezident seçkiləri üç ay müddətinə təxirə salınıb

Əfqanıstan Müstəqil Seçki Komissiyası prezident seçkilərinin 20 iyul 2019-cu il tarixinə təxirə salındığını açıqlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə komissiya sədri Qulu Can Abdul Badi Sayada istinadən 1TV telekanalı məlumat yayıb.

Ölkədə prezident seçkiləri 2019-cu il 20 aprel tarixində keçirilməli idi.

Sədrin sözlərinə görə, seçkilərin vaxtının dəyişdirilməsi oktyabrda keçirilən parlament seçkiləri zamanı yaranmış problemlərlə bağlıdır. Bundan əlavə, möhlət “Taliban” hərəkatı ilə sülh sazişi danışıqlarına hazırlıqla əlaqəlidir.

Əfqanıstan prezidenti nümayəndəsinin müavini Şah Hüseyn Murtazafi öz növbəsində ölkə hökumətinin seçkilərin yeni keçirilmə tarixi ilə razılaşdığını bildirib.