XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 16:16

Saakaşvili məhkəməyə skaypla qatılmaqdan imtina etdi – Sabiq prezidenti tutmaq istəyirlər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tiflisdə məhkəməsi başlayıb.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, M.Saakaşvili və onun bir sıra yaxın tərəfdaşı – keçmiş daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, keçmiş ədliyyə naziri Zurab Adeişvili və Tiflisin keçmiş meri Gigi Ugulava müxalifətin 2007-ci il noyabrın 7-də dinc mitinqi dağıdılarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Hazırda Ukraynada vəzifə daşıyan eks prezident məhkəmə prosesinə skaypla qoşulmaq təklifindən imtina edib. M.Saakaşviliyə qarşı büdcəni dağıtmaq, məsrəfçilik də daxil olmaqla 3 cinayət işi açılıb. Təqsirli sübut olunsa, ona 8 il həbs cəzası veriləcək.

Xatırladaq ki, hazırda Ukrayna prezidenti yanında İslahatlar Şurasının sədri olan M.Saakaşvilini Kiyev hökuməti Tiflisə vermək istəmir.