"Əl-Qaidə" terror təşkilatı Yəmənin cənubunda yerləşən Əxvar şəhərini ələ keçirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qruplaşma artıq şəhər bələdiyyəsinə öz bayrağını sancıb.
Müşahidəçilərin fikrincə, Əxvarın ələ keçirilməsi "Əl-Qaidə"nin Yəmənin bu hissəsində möhkəmlənməsinə şərait yaradacaq.