XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2018 - 14:47

Con Bolton Türkiyəyə gəlir –Səfərin tarixi məlum olub

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton 2019-cu il yanvarın 8 və 9-da Türkiyəyə səfər edəcək.  

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “CNN Turk” telekanalı məlumat yayıb.

Dekabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirmişdi ki, C.Bolton Türkiyəyə Yeni ildən sonra səfər edəcək və Türkiyənin rəsmi şəxsləri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

Öz növbəsində, dekabrın 28-də C.Bolton bəyan etmişdi ki, yanvarda Türkiyə və İsrailə səfəri zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin növbəti mərhələsini müzakirə edəcək.