XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2018 - 18:02

Putin partlayış baş vermiş Maqnitoqorska gəlib –Dağılmış binada yaşayan 35 nəfərin taleyi naməlumdur

Rusiyani Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində onmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb. Binanın partlayış nəticəsində çökmüş girişindəki mənzillərdə 120 sakin qeydiyyatdadır, onlardan 35 nəfərin taleyi naməlumdur.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Maqnitoqorska gəlib. O, hadisə yerində yaradılmış qərargaha gələrək xilasetmə işləri ilə bağlı tapşırıqlar verib.

Vilayətdə matəm elan olunacağı gözlənilir. Binanın digər hissələrinin də dağılma ehtimalı var. Güclü şaxta xilasetmə işlərini çətinləşdirir.

Vilayətdə fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.