XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2019 - 18:38

Türkiyə polisi ölkədə yeni əməliyyat keçirdi, xeyli “sarı jilet” ələ keçirildi –Saxlanılanlar var

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin bir sıra şəhər və rayonlarında antiterror əməliyyatı keçiriblər.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə İzmirdə 10, Konyada 5, Elazığda 5 nəfər İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs olunub: “Saxlanılanlardan ikisi türkiyəli, qalanları Suriya vətəndaşıdır. İzmirdəki əməliyyatda axtarış keçirilən ünvanlardan çox sayda sarı jilet aşkarlanıb”.

Kocaelidə isə İŞİD terrorçu qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib: “İŞİD üzvü olmaqda ittiham edilən Suriya əsilli 3 nəfər saxlanılıb. Onlardan biri terror təşkilatı üçün bomba düzəldən mütəxəssis kimi axtarışda olub”.