XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2019 - 22:53

Belçika BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olub- Açıqlama

Belçika BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvü kimi vəzifəsinin icrasına başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yaxın iki il ərzində Belçika BMT Təhükəsizlik Şurasının qalan üzvləri və digər maraqlı tərəflərlə birgə beynəlxalq sülh və təhlükəsizlik məsələlərində müştərək cavablar axtarışında qurucu, etibarlı, açıq tərəfdaş olacaq. Belçikanın BMT TŞ-dəki şüarı konsensusa səy göstərmək, sülh naminə hərəkət etmək olacaq”, – deyə açıqlamada qeyd olunub.

Belçikanın xarici işlər naziri Didye Reynders BMT Təhlükəsizlik Şurası üzvləri qarşısında duran konkret məsələlərlə yanaşı, silahlı münaqişələrin qarşısını almaq, belə münaqişələrdə zərər çəkənlərin hüquqlarını müdafiə etmək, BMT sülhməramlı missiyalarının səmərəli idarəetməsi kimi məsələlərə də diqqət yetirəcəklərini vurğulayıb.

Qeyd edək ki, 2007-2008-ci illərdə də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmuş Belçika 2020-ci ilin fevral ayında qurumun sədri olacaq.