XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 18:58

İran ABŞ-ın yük gəmisini müsadirə etdi

Bu barədə məlumatı Səudiyyə Ərəbistanına aid “əl-Ərəbiyyə” telekanlı yayıb. Məlumatı həm İran, həm də ABŞ tərəfi doğrulayıb. İranın xəbər agentliyi “Fars”-ın bildirdiyinə görə, müsadirənin səbəbi ABŞ gəmisinin İran sərhədlərini keçməsidir. Pentaqon yetkiləri isə gəminin ABŞ-a deyil, Marşall adalarına aid olduğunu bildirib. Qeyd edək ki, bu adalar yaxın illərə qədər ABŞ-ın inzibati ərazisinə daxil idi və indi də ABŞ-ın iqtisadi yardımlarıyla ayaqda durur. ölkədə pul vahidi kimi hazırda belə ABŞ dolarından istifadə olunur.

ABŞ Silahlı Qüvvələrinin sözcüsü Steve Varren onu da bildirib ki, Hürmüz boğazını keçən yük gəmisinin ekipaj heyəti arasında amerikan vətəndaşı yoxdur. “Əl-Ərəbiyyə” isə faktı inkar edərək 34 nəfərdən ibarət ekipaj heyətinin ABŞ vətəndaşı olduğunu xəbər verir.

Gəminin kimə aid olması bilinməsə də ABŞ-ın Fars körfəzinə 1 savaş gəmisi və 1 təyyarə göndərdiyi bildirilir.

Strateq.az