XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2019 - 23:55

Moskvada faciə –Körpünün uçması nəticəsində çoxlu sayda insan xəsarət alıb

Yanvarın 1-də gecəyarıdan az keçmiş Moskvanın Qorki parkındakı taxta piyada körpüsünün uçması nəticəsində 13 nəfərin xəsarət aldığı xəbər verilir.

Moskva meriyası insident zamanı ciddi xəsarətlərin olmadığını bildirib.

Bundan əvvəl TASS xəbər agentliyi naməlum polis nəfərinə istinadən bildirmişdi ki, üç nəfər ağır xəsarət alıb. Buz meydançasının üstündə yerləşən körpü sınarkən üstündə çox sayda adam vardı. Onlardan bir çoxu üç metr hündülüyündən buz meydançasına yıxılıb.

Sosial mediaya yüklənmiş videoda insident baş verəkən adamların Rusiyanın dövlət himnini dinlədikləri görünür. Moskva şəhər hakimiyyəti bildirir ki, hadisə sürüşmə meydançasının struktur elementlərindəki nasazlıqdan törənib.

(Azadlıq radiosu)