XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2019 - 10:17

Pakistanda terrorçular hərbi təhsil mərkəzinə hücum edib- Ölənlər var

Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib.

AZƏRTAC “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Loralai bölgəsində baş verib. Aralarında kamikadzenin də olduğu 4 terrorçunun hücumu nəticəsində Pakistan ordusunun 4 əsgəri həlak olub.

Təhlükəsizlik qüvvələri terrorçuların hücumunun qarşısını alıb. Əməliyyat zamanı onlardan 3-ü məhv edilib, kamikadze isə özünü partladıb.

Hücum “Pakistan Talibanı” adlandırılan “Tehrik-i-Taliban Pakistan” qruplaşması tərəfindən həyata keçirilib.

Daha əvvəl Pakistan Ali Məhkəməsi FETÖ-nü terrorçu təşkilat kimi tanıyıb.