XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2019 - 10:57

Pakistanla Hindistan arasında razılaşma- Sahib olduqları nüvə obyektlərinin siyahısını bir-birinə təqdim ediblər

Pakistan və Hindistan sahib olduqları nüvə obyektlərinin və qurğularının siyahısını diplomatik yolla bir-birinə təqdim ediblər. Siyahıların qarşılıqlı şəkildə təqdim edilməsi nüvə obyektlərinə hücumun qadağan olunmasına dair müqaviləyə əsasən reallaşdırılıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu siyahılar ilk dəfə 1992-ci il yanvarın 1-də tərəflərə təqdim olunub. Bu prosedur artıq 28-ci dəfədir həyata keçirilir.

1988-ci il dekabrın 31-də imzalanan və 1991-ci il yanvarın 27-də qüvvəyə minən müqaviləyə əsasən, Pakistan və Hindistan öz ərazilərində olan nüvə obyektləri barədə hər il bir-birilərinə məlumat verirlər.