XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2019 - 11:31

Türkiyə Suriya ilə sərhəddə müdafiə tədbirlərini gücləndirir- Müdafiə naziri bölgəyə səfər edib

Türkiyə tərəfi Suriya ilə dövlət sərhədi boyunca əlavə müdafiə tədbirləri həyata keçirməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələri ölkənin cənub-şərq bölgəsinə əlavə hərbi-texnika cəlb etməkdədir. Hələlik Türkiyə hökumətinin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatlarının növbəti mərhələsinin forması və hansı bölgəni əhatə edəcəyi barədə dəqiq məlumat verilmir.

Rəsmi məlumata görə, milli müdafiə naziri Hulusi Akar ordu komandanları ilə birlikdə ötən il dekabrın 31-dən başlayaraq bölgəyə səfər edib. Səfər çərçivəsində hərbi hissələrdəki müdafiə vəziyyəti yoxlanılıb, əsgərlərlə bayramlaşma olub, Suriyanın Eşmə kəndində yerləşən Süleyman Şah Türbəsi ziyarət edilib.

Yeni ilin ilk günü Türkiyə-İran sərhədində yerləşən “Kurtömər Hudut” polis məntəqəsi PKK terrorçularının raket atəşinə məruz qalıb. Bir əsgər yaralanıb.

Şırnak vilayətinin Silopi və Cizre rayonlarında isə PKK terrorçularının üç dəfə ayrı-ayrı hərbi hissələrə oyuncaq təyyarə ilə tətbiq etmək istədikləri terror aktının qarşısı alınıb.