XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2019 - 12:02

Ağ Ev:"Donald Tramp "şatdaun"u tamamlamaq niyyətindədir"

ABŞ Prezidenti Donald Tramp federal hökumətin işinin bərpa edilməsini və ölkənin cənub sərhədində divar tikilməsi üçün Konqreslə razılıq əldə olunmasını istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.

Onun sözlərinə görə, Prezident yanvarın 2-də respublikaçılar və demokratların liderlərini brifinq üçün Ağ Evə dəvət edib.

“ABŞ Konqresinin Nümayəndələr palatasında demokratların lideri Nensi Pelosi bildirib ki, sərhədləri qoruya bilmədiyi üçün hökumətin işini bərpa etməyə imkan verməyəcəyik”, – S.Sanders deyib. Ağ Evin sözçüsü demokratları kompromisə getməməkdə ittiham edib.

Xatırladaq ki, növbəti ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni “şatdaun” (shutdown) deyilən rejim qüvvəyə minib.

D.Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı büdcəni təsdiqləməyəcəyini açıqladığı halda, müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək razılıq vermək niyyətində deyillər. Konqresdə büdcə müzakirəsinin yanvarın 3-dən davam etdiriləcəyi gözlənilir.