XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2019 - 13:15

Nikol Paşinyan:"Ermənistana gələnlər gedənlərdən çoxdur"

“Ötən il yanvarın 1-dən dekabrın 25-dək Ermənistanı tərk edənlərlə qayıdanlar arasında müsbət saldo yaranıb – 20 min 713 nəfər”.

Bu haqda “Facebook” səhifəsində ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yazıb.

Ötən ilin göstəricisi mənfi 25 min 932 idi. Yəni ölkədən gedənlərin sayı qayıdanlardan 25 min 932 nəfər çox idi”, – Paşinyan yazıb. Onun sözlərinə görə, ekspertlər ötən il ölkədə miqrasiya saldosunun müsbət 10 min olacağını proqnozlaşdırırdılar.

“Yəni real göstərici proqnozu iki dəfə aşıb”, – Paşinyan qeyd edib. (azadliq.org)