XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2019 - 16:28

Fransada polis neft anbarını mühasirəyə alan “sarı jiletlilər”in aksiyasını dağıdıb

Bu gün səhər Fransanın Ruan şəhəri yaxınlığında polis neft terminalını mühasirəyə alan “sarı jiletlilər”in aksiyasını dağıdıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polis əməkdaşı Benua Lemer məlumat verib.

“Heç bir mühasirə qəbuledilməzdir. Neft bazasının qarşısında od qalamaq çox təhlükəlidir. Aksiya iştirakçıları məsuliyyətsiz hərəkətlərinə görə məhkəmə qarşısında cavab verməlidirlər”, – B.Lemer deyib.

Ekspertlərin fikrincə, bu neft anbarı Primorskaya Sena departamentinin əsas strateji obyektlərindən biridir. Ötən ay ərzində o, “sarı jiletlər” tərəfindən iki dəfə mühasirəyə alınıb.