XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2019 - 17:25

Türkiyədə bələdiyyə seçkiləri:seçkidə iştirak edəcək partiyaların adları açıqlanıb

Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində 13 partiyanın namizədləri mübarizə aparacaq.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, siyahını ölkənin Ali Seçki Şurası açıqlayıb.

Bunlar hakim Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratik Partiya, Demokratik Sol Partiya, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası, İyi Partiya, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Türkiyə Kommunist Partiyası və Vətən Partiyasıdır.

Şuradan bildirilib ki, bələdiyyə üzvlüyünə namizədlərin siyahısı martın 3-dək açıqlanacaq.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.