XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2019 - 19:48

ABŞ Moskvada saxlanılan vətəndaşının geri qaytarılmasını tələb edib- Vaşinqton həbsin səbəbini bilmək istəyir

ABŞ casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib.

O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir.

Rusiya Federal Təhlükəsizlik Xidməti ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb.