XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 10:02

Tramp Suriya qərarını dəyişməyə məcbur oldu –ABŞ qoşunlarının Suriyanı tərk etməsi təxirə salınır

ABŞ prezidenti Donald Tramp deyib ki, Birləşmiş Ştatların qoşunları Suriyadan “müəyyən vaxt müddətində” çıxarılacaq. O, bunu da əlavə edib ki, İslam Dövləti (ID) ekstremist qruplaşmasına qarşı mübarizədə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini müdafiə etmək istəyir.

Beləliklə də, Tramp Suriyada təxmini sayı 2000 olan əsgəri qüvvənin oradan planlı şəkildə çıxarılması üçün dəqiq vaxt bildirməyib.

Tramp, ötən ay xəbər verildiyinə görə, bir çox təhlükəsizlik müşavirlərinin iradəsi ziddinə olaraq, habelə millət vəkilləri və ya ABŞ-ın İŞİD-ə qarşı mübarizədə müttəfiqləri ilə məşvərət etmədən qoşunların dərhal çıxarılacağını bəyan etmişdi.

Tramp yanvarın 2-də Ağ Evdə keçirilən Kabinet iclasında deyib ki, o, bu barədə verilən xəbərlərə rəğmən qoşunların dörd ay müddətində çıxarılacağına dair məsələni heç vaxt müzakirə etməyib.

Son günlərdə Tramp Suriyadakı ABŞ qoşunlarının oradan təcili qaydada çıxarılacağına dair niyyətindən geri çəkilib və deyib ki, hərbçilərin Suriyanı tərk etməsi tədricən həyata keçiriləcək. O, dekabrın 31-də yazdığı tvitdə bildirib: “Biz yavaş-yavaş qoşunlarımızı ailələrinin yanına qaytarırıq, lakin eyni zamanda İslam Dövlətinin qalıqları ilə döyüşürük”.

Respublikaçı senator Lindsey Qrahamın müxbirlərə deyib ki, Tramp ABŞ qoşunları Suriyanı tərk etdikdən sonra Türkiyənin ABŞ tərəfindən dəstəklənən kürd YPG qüvvələri ilə toqquşmayacağından əmin olmaq istəyir.

Qrahamın dediyinə görə, Tramp Ankaranı əmin edib ki, Türkiyənin öz maraqlarını müdafiə etməsi üçün Suriya daxilində bufer zonası olacaq. Ankara YPG qüvvələrini qadağan edilmiş Kürdüstan İşçi Partiyası – PKK-nın bir qolu hesab edir. ABŞ qoşunlarının Suriyadan çıxarılmasını planlaşdıran Amerika komandanları həmin qoşunların silah-sursatının İD-lə döyüşən YPG qüvvələrinə təhvil verilməsini tövsiyə ediblər.

Bu tövsiyələrin Türkiyəni hirsləndirəcəyi gözlənilir. ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton bu həftə Ankaraya səfər edəcək.

(Azadlıq radiosu)