XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

21 Fevral 2016 - 14:01

Ruslar azərbaycanlı biznesmenin obyektinisökməyə başladı

 

600@0

“Piramida” Ticarət Mərkəzi sökülür

 

Bu gün səhər saatlarından başlayaraq, Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya məxsus “Piramida” Ticarət Mərkəzinin söküntüsünə başlanılıb. Ticarət Mərkəzinin sökülməsi üçün Tver küçəsinə  xüsusi texnika gətirilib. Moskva meriyası mərkəzin qanunsuz tikinti olduğunu bildirib və bundan sonra R. Sultanlı binanı könüllü şəkildə özü sökmək qərarına gəlib.

 

Məlumata görə, artıq söküntü işlərinə başlanılıb, hasarlanmış əraziyə xüsusi texnika gətirilib və binanın sökülməsi üçün lazım olan avadanlıqlar hazır vəziyyətdədir.

 

Bir müddət əvvəl  Moskvanın ticarət və xidmətlər departamentindən bildirmişdilər ki,”Pramida” Ticarət Mərkəzinin sahibləri qanunsuz hesab edilən bu binaları özləri sökmək niyyətindədirlər:

 

“Tikintilərin sahibkarlar tərəfindən könüllü sökülməsi vaxtı da onlar kompensasiyalarını ala bilərlər. Dövlət tərəfindən ödənişlər müraciət edilən tarixdən iki ay müddətinə həyata keçiriləcək”, – deyə İdarənin nümayəndəsi bildirib.

 

Moskvanın ticarət və xidmətlər departamentin rəhbəri Aleksey Nemeryuk bildirib ki, ticarət mərkəzinin sökülməsi üçün üç gün lazım ola bilər:

 

“Hələlik kompensasiya barədə danışıqlar getmir. Əgər sahibkar Moskva hökumətinə müraciət edəcəksə, biz həmin müraciətə baxacağıq”, – deyə o bildirib.

 

Qeyd edək ki, bir neçə gün Rusiya mətbuatında Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya aid “Piramida” Ticarət Mərkəzinin söküntüsünə fevralın 23-dən etibarən  başlanılacağı barədə məlumatlar verilmişdi.

 

Məlumatda bildirilirdi ki, Ramin Sultanlı özü bu obyektin söküntüsündə şəxsən iştirak edəcək. 90-cı illərdə Vladislav Vasnev tərəfindən tikilən “Piramida” daha sonra digər mülkiyyətçilərə satılıb.

 

Məlumata görə, 1500 kv.m ərazisi olan ticarət mərkəzinin  yalnız 1000 kvadrat metri Azərbaycan vətəndaşına məxsusdur.

 

Metronun “Puşkinskaya” stansiyası yaxınlığındakı adıçəkilən obyektlər qanunsuz hesab edilir.  Metro çıxışındakı mağazaların əksəriyyəti artıq bir neçə gün əvvəl bundan əvvəl bağlanıb.  “Piramida” Ticarət Mərkəzində çalışan ticarətçilər söküləcək binadan mallarını çıxarmağa başlayıblar. İlk olaraq bu işə kosmetika mağazaları başlayıb. Mağazaların pəncərələrində söküntü işləri, eləcə də yeni ünvanla bağlı elanlar yerləşdirilib. İkinci mərtəbədəki obyektlər isə hələlik fəaliyyətini davam etdirir.

 

Rusiyanın məşhur jurnalistlərindən olan Kseniya Sobçak da “Piramida” Ticarət Mərkəzinin sökülən hissəsində olub və bu ərazi haqqında xatirələrini bölüşüb. Ərazini lentə alan jurnalist öz reportajına belə başlayıb:

 

“Biz “Piramida” ərazisindəyik. Burada mənim uşaqlığım keçib. İlk dəfə burada mənə Ömər Cəbrayılov suşi qonaqlığı verib. O zaman bahalı “Mario” restoranına gedə bilmədim, məni ucuz olan “Piramida”ya gətirdilər. İndi isə bura sökülür. Amma hər şey mülkiyyətçi ilə razılaşma yolu ilə həll olunub. Heç kəsə zor tətbiq olunmayacaq”, – deyə xanım jurnalist vurğulayıb.

 

Rusiyada qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar ötən ilin 8 dekabrında qəbul edilib. Bura 104 təhlükəli qanunsuz tikili daxildir. Artıq 97 obyektin söküntüsü başlayıb. Onların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir.  Söküntünün mart ayına kimi bitməsi gözlənilir.

 

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir.

 

ANS PRESS