XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 04:23

“Gülən camaatı ya bu dövlətin varlığını qəbul edəcək, ya da yox olacaqlar” – Prezident

Türkiyədə iki aydan bir toplanan Milli Təhlükəsizlik Şurası (MGK) ötən gün növbəti iclasını keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Təhlükəsizlik Şurasında (MGK) “paralel hökumət”lə bağlı bəzi daşınışıqlar aparması Gülən camaatında narahatlıq yaradıb.

İclasda “paralel hökumət”in fəaliyyətlərinin beynəlxalq təhlükə kimi görülməsi və “Qırmızı kitab”a salınması barədə, eləcə də daxili və xarici təhlükələr, PKK və İŞİD barədə danışıldığı bildirilir.

Türkiyə prezidenti Küveyt səfərindən qayıdarkən MGK-da bu mövzuda danışacaqlarını bu cür ifadə etmişdi: “Gülən camaatı ya bu dövlətin varlığını qəbul edəcək, ya da yox olacaqlar”.

Qeyd edək ki, Türkiyədə “Qırmızı Kitab” məxfi saxlanılan Milli Təhlükəsizlik Siyasəti Sənədidir. Milli Təhlükəsizlik Konsepsiyası xarakteri daşıyan sənəddə düşmən və dost ölkələr müəyyənləşdirilir, ölkənin xarici siyasətinin təməl prinsipləri yer alır, dövlət üçün daxili təhdid sayılan qüvvələr qeyd olunur. R.T.Ərdoğan prezident olaraq ilk dəfə ötən ilin oktyabr ayının 30-da bu iclasda iştirak edib(Ans).