XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2016 - 16:20

PKK Anadolu Agentliyinin3 əməkdaşını oğurladı (YENİLƏNİB)

pkk-russia-agnet

 

 

Son məlumatlara görə, Anadolu Agentliyinin PKK tərəfindən qaçırılan üç əməkdaş artıq sərbəst buraxılıb. 

 

***

 

Türkiyənin Anadolu Agentliyinin üç əməkdaşı – müxbir Rauf Maltaş, fotomüxbir Onur Çoban və operator Kenan Yeşilyurt fevralın 21-də Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları tərəfindən qaçırılıb.

 

 

Agentliyin müharibə müxbirliyi üzrə təlim keçmiş təcrübəli əməkdaşı R.Maltaşın rəhbərlik etdiyi qrup bir həftə əvvəl antiterror əməliyyatlarının gedişi ilə bağlı xəbər hazırlamaq üçün Nusaybin rayonuna ezam olunub. Bu müddətdə həmin ərazidən xəbərlər hazırlayan qrupun üzvləri çəkiliş zamanı PKK terrorçuları tərəfindən qaçırılıblar. “PKK-dan icazə almadan çəkiliş apardıqları” üçün agentliyin əməkdaşlarının fotoaparatları və kameraları terrorçular tərəfindən müsadirə olunub.

 

Hazırda jurnalistlərin saxlanıldığı yerin müəyyən olunması istiqamətində təhqiqat aparılır(Azərtac).