XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 16:31

Tramp:"Hindistan, Pakistan orda olduğu halda, biz 6 min mil uzaqdan niyə Əfqanıstandayıq?"

ABŞ Prezidenti Donald Tramp Rusiya, Pakistan və Hindistanı Əfqanıstandakı münaqişədə daha çox rol oynamağa çağırıb. O, ABŞ hərbçilərinin bu ölkədə uzunmüddətli qalmasına qarşı olduğunu da dilə gətirib.

Yanvarın 2-də jurnalistlərə danışan Tramp deyib ki, Moskvanın 1980-ci illərdə Əfqanıstana müdaxiləsi müflisləşmə və Sovet İttifaqının dağılmasıyla sonuclandı. Əfqanıstanda Taliban və İslam Dövləti yaraqlıları ilə mübarizədən danışan Tramp, regiona yaxın ölkələri bu mübarizəyə qoşulmağa səsləyib:

Başqa ölkələrə baxın… Pakistan ordadır. Onlar savaşmalıdırlar. Rusiya savaşmalıdır. Rusiya 1980-ci illərdə Əfqanıstana ona görə girdi ki, terrorçular Rusiyaya doğru gedirdilər. Oraya girməkləri düz qərar idiProblem ondadır ki, savaş ağır keçdi. Onlar hərfən müflisləşdilər. Onlar oraya yenidən Rusiya adlandırılmaq üçün getdilər. Rusiya niyə indi orada deyil? Niyə Hindistan orada deyil? Niyə Pakistan orada deyil? Niyə biz 6 min mil uzaqda ola-ola ordayıq?!.

ABŞ prezidenti Hindistanın baş naziri Narendra Modinin Əfqanıstanda bir kitabxananı maliyyələşdirməsini lağa qoyub:

“Modi mənə elə hey deyir ki, Əfqanıstanda kitabxana tikib. Bilirsiz bu nə deməkdir? Bizim beş saat ərzində xərclədiyimizdir. Görünür, biz də kitabxanaya görə “çox sağ ol” deməliyik. Heç bilmirəm Əfqanıstanda ondan kim istifadə edir”.

Əfqanıstanla Hindistanın münasibətləri istidir. 2017-ci ildə Əfqanıstanın Hindistanda səfiri Şaida Abdali deyib ki, Hindistan Əfqanıstanın ən böyük regional donorudur, 2011-ci ildən ona 3 milyard dollardan artıq yardım ayırıb.

Kabil və Vaşinqton Pakistanı Əfqanıstanda əməliyyatla aparan yaraqlılara sığınacaq verməkdə suçlayır. İslamabad iddiaları rədd edir. ABŞ rəsmiləri Rusiyanı da yaraqlılara yardım göstərməkdə ittiham edib. Moskva bu ittihamı da yalanlayıb.

Xatırladaq ki, Sovet İttifaqı 1979-88-ci illərdə Əfqanıstanı işğal edib, Kabilə nəzarətdən ötrü fərqli mücahid qüvvələrə qarşı vuruşub. Böyük itkilərdən sonra sovet qüvvələri geri çəkilib, SSRİ isə 1991-ci il dekabrın 26-da dağılıb.
Tramp Əfqanıstandakı 14 min ABŞ hərbçisinin bu ölkədən çıxarılması barədə məlumatlara toxunmayıb. 2001-ci ildə Taliban hakimiyyətdən uzaqlaşdırılandan Qərb qüvvələri oradadır.

(Azadlıq radiosu)