XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2019 - 16:44

“Taliban” silahlıları Əfqanıstan ordusuna hücum etdi, 8 hərbçi həlak oldu –Yaraqlılar xeyli silah-sursat ələ keçiriblər

Əfqanıstanın Baqlan əyalətində “Taliban” silahlıları hərbçilərə hücum edib.

Trend-in məlumatına görə, nəzarət-buraxılış məntəqəsinə edilən hücum nəticəsində 8 hərbçi həlak olub.

Daha 4 nəfərin isə yaralandığı bildirilir. “Taliban” silahlıları məntəqədən silah-sursat aparıblar.

Qeyd olunur ki, hücum zamanı 3 “Taliban” silahlısı da yaralanıb.