XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 18:54

Demokratlar Partiyasının qrup lideri:"Trampın impiçment məsələsi istisna olunmur"

“ABŞ Prezidenti Donald Trampın impiçment məsələsi istisna olunmur”.

“NBC News” xəbər verir ki, bunu Demokratlar Partiyasının Konqresin Nümayəndələr palatasındakı qrupunun lideri Nensi Pelosi bildirib.

Ölkə başçısına siyasi səbəblərlə təzyiq göstərilməsinə qarşı çıxan deputatların dediyinə görə, Demokratlar Partiyası Robert Möllerin “Rusiya iddiası”na dair xüsusi prokurorun məruzəsindən sonra qərar verə biləcək.

Qeyd edək ki, yanvarın 3-dən etibarən N.Pelosi oktyabr ayında keçirilən aralıq seçkilərin nəticəsinə əsasən Nümayəndələr palatasının spikeridir. /Report.