XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 19:49

“Türkiyənin bu iki mərkəzi alması…” –Türk ekspert

“ABŞ-ın bufer zona ilə bağlı Türkiyəyə təklifi tələ ola bilər”.

Bu sözləri türkiyəli təhlükəsizlik və terrorizmlə mübarizə üzrə mütəxəssis Abdullah Ağar deyib.

“Türkiyənin hər yerindən sərhədə qoşun yeridilir. Bu qoşunların sayı “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarında iştirak edən hərbçilərin sayından 5 dəfə çoxdur. Cümhuriyyət tarixinin ən böyük əməliyyatı saymaq olar”.

Ekspert əlavə edib ki, ordu bölmələri birbaşa deyil, mərhələli şəkildə əməliyyatlara start verə bilər: “Terror qruplaşmasının nəzarətində olan Tel-Abyad və Ayn əl-Ərəb şəhərləri böyük önəm kəsb edir. Bu iki mərkəzin alınması terrorçuların psixoloji məğlubiyyətini də bərabərində gətirəcək”.

Axar.az