XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 19:59

Ərdoğan İraq prezidenti ilə görüşdü:"PKK, İŞİD və FETÖ hər iki ölkə üçün təhdid mənbəyidir"

İraq prezidenti Berhem Salih bu gün Türkiyəyə rəsmi səfərə gəlib.

Strateq.az  xəbər verir ki,  qapalı görüşlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İraq prezidenti Berhem Salih birgə mətbuat konfransı keçiriblər.

İki qonşu dövlət arasında səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdıran dövlət başçıları danışıqların tərəflər üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard ABŞ dolları məbləğində olduğunu bildirən Ərdoğan deyib ki, bu göstəricinin 20 milyarda yüksəldilməsi hədəflənir.

İŞİD, PKK və FETÖ terror təşkilatlarının hər iki ölkə üçün təhdid mənbəyi olduğunu qeyd edən Ərdoğan bildirib ki, ərazi bütövlüyünün qorunması Türkiyənin İraq siyasətinin təməlini təşkil edir.

Rəsmi Ankara ilə əməkdaşlığın İraq üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Prezident Berhem Salih əminliklə bildirib ki, terrordan viran qalan bölgələrin bərpasında Türkiyə tərəfi köməkliyini əsirgəməyəcək.