XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 09:54

Yerevan Sarkisyanın ekstradisiyasını tələb edir –Çexiya hökumətinə sorğu göndərilib

Ermənistan hökuməti keçmiş prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiyası üçün Çexiya hökumətinə sorğu ünvanlayıb.

Strateq.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun rəsmi nümayəndəsi məlumat yayıb. O, sorğunun 28 dekabr tarixində göndərildiyini bildirib.

Qeyd edək ki, Narek Sərkisyan silah, narkotik maddə saxlama, dələduzluq, adam oğurluğu ittihamı ilə beynəxalq axtarışa verilmişdi. N.Sərkisyan dekabrın 6-da Çexiyanın paytaxtı Praqada saxlanılıb. O, Qvatamelaya məxsus saxta pasportla yaxalanıb. Məlum olub ki, Narek Sarkisyan adını Franklin Qonzales olaraq dəyişdirib.