XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2019 - 12:15

ABŞ-ın ən nüfuzlu qadını yenidən Nümayəndələr Palatasının spikeri seçilib –FOTO

Kaliforniya ştatından olan konqresmen və Demokratlar Partiyasının veteranı Nensi Pelosi yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. Bu vəzifə Birləşmiş Ştatlarda Prezident və vitse-prezidentdən sonra üçüncü post sayılır.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, 431 konqresmendən 220-si Pelosinin namizədliyini dəstəkləyib. Respublikaçılar Partiyasının namizədi Kevin Makkartni isə 192 səs alıb. Yeni spiker ötən ilin noyabrında keçirilmiş aralıq seçkiləri nəticəsində formalaşan və 235 demokrat və 199 respublikaçıdan ibarət Nümayəndələr Palatasına sədrlik edəcək.

Nensi Pelosi 2007-ci ildə də Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. O, ABŞ tarixində bu vəzifəni daşıyan ilk qadın olub.