XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 15:20

ABŞ-ın hicablı konqresmeni binaya necə daxil olacaq? –Amerikada qanun 181 ildir baş örtməyi qadağan edir

ABŞ Konqresindəki iki yeni nümayəndə və iki müsəlman qadından biri-İlhan Ömər Kapitolinin simasını dəyişir. ABŞ-ın Nümayəndələr Palatasının qaydalarına görə, dini baş örtüyü texniki olaraq yasaqdır.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu ilin 116-cı Konqresi çox baxımdan digərlərindən fərqlənir. Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar qaydaları dəyişə bilər. Yeni qayda İlhan Öməri 181 il əvvəl qəbul edilən qaydadan qoruya biləcək. O zaman Konqres başqa bir yer idi. Orada qadınlar və azlıqların təmsil olunmasını düşünmək belə olmazdı. 19-cu əsrdə qanunvericilər baş örtüyünü yasaqladıqda papaq qoyan kişiləri nəzərdə tutmuşdular. Bu qayda dini azlıqlar tərəfindən ayri-seçkilik kimi qəbul edilməmişdi.

Lakin qayda mübahisələrə yol açmışdı. Bəzi nümayəndələr papaq qoymağı Britaniya parlamentinin monarxiya ilə bağlılığı olmadığına işarə olaraq simvol kimi qəbul edirdi. Nümayəndələr Palatasında papaqlar yasaqlanan yeganə şey deyil. Siqaret, yemək, içki və mobil telefonlar da qadağandır.

Baş örtüyü Amerikada etiraz simvolu kimi də tanınır. 2012-ci ildə demokrat nümayəndə Bobbi Raş kapüşonlu köynəklə Nümayəndələr Palatasına girdiyinə görə binadan çıxarılmışdı. Bu, Florida ştatında özünü məhəllənin mühafizi elan edən şəxs tərəfindən yeniyetmə Trayvon Martinin öldürülməsinə etiraz mahiyyəti daşıyırdı.

Somalidə doğulan İlhan Ömər tvitində yazıb ki, baş örtüyü qadağasının ləğvinə çalışacaq. “Başımı heç kim deyil, mən özüm örtürəm”- deyə, o bildirib.

Ömər Massaçussetsdən Cim Makqovern və NP-nın spikeri olacaq Nensi Pelosi ilə bərabər dini və tibbi baş örtüklərinin istisnasına dair təklifin həmmüəllifidir.