XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 21:26

Ukraynada prezidentliyə ilk namizəd qeydə alınıb

Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə ilk namizədi qeydə alıb.

AZƏRTAC xəbər verir ki, MSK-nın yaydığı məlumata görə, Ukraynada ilk prezidentliyə namizəd İqor Şevçenko olub. İ.Şevçenko lazım olan müvafiq sənədlərin hamısını MSK-ya təqdim edib.

Komissiya bu sənədləri nəzərdən keçirdikdən sonra onun Ukraynanın “Prezident seçkiləri haqqında” qanununun tələblərinə əməl etdiyini müəyyənləşdirib və İqor Şevçenkonun namizədliyini qeydə alıb.

1971-ci il təvəllüdlü İqor Anatolyeviç Şevçenko, “Müvəffəqiyyətli Ukrayna” xeyriyyə təşkilatının prezidentidir.